Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:17

Naxçıvanla İran sərhədində müştərək bazar açılıb


Muxtar Respublika sahibkarları yeni açılmış bazardan olduqca razıdırlar

Muxtar Respublika sahibkarları yeni açılmış bazardan olduqca razıdırlar

Naxçıvanla İran sərhədində yeni müştərək bazar açılıb. Muxtar Respublika (MR) sahibkarları bundan olduqca razıdırlar. Onlar deyirlər ki, yerli əhalinin alıcılıq qabiliyyəti zəif olduğundan yaxşı qazanc əldə edə bilmirlər. Məhsulları xaricə çıxarmaq istədikdə isə xeyli vəsait xərcləməli olurlar. Müştərək bazarın fəaliyyətə başlaması müştərilərin sayını nisbətən artıracaq.


Elə yerli hakimiyyət nümayəndələri də İranla MR arasında ticarət dövriyyəsinin daha da artacağını bildirirlər. Rəsmi statistikaya görə, 2006-cı ildə Naxçıvanla İran arasında xarici ticarət dövriyyəsinin həcmi 15 milyon ABŞ dollarından artıq olub. Bu o deməkdir ki, MR-ın xarici iqtisadi əlaqələrində İranın payı 16,6 faiz təşkil edir. Düzdür, bu, Türkiyə ilə müqayisədə nisbətən azdır. Lakin ekspertlər deyirlər ki, yaxın gələcəkdə İranın Naxçıvanın xarici ticarət dövriyyəsində payı xeyli artaraq Türkiyədən də çox olacaq. Yeri gəlmişkən, Türkiyə ilə Naxçıvanın ticarət dövriyyəsi 2006-cı ildə 20 milyon ABŞ dollarındın artıq olub. Ekspertlərin fikrincə, Naxçıvanla İran arasında əlaqələrin sıxlaşmasının bir səbəbi də MR-ın enerji sahəsində İrandan asılı olmasıdır. Hazırda MR-a mübadilə yolu ilə İrandan həm təbii qaz, həm də elektrik enerjisi daxil olur. Rəsmi məlumatlara görə, İrandan gün ərzində 733 min kub metr təbii qaz, 2 milyon 200 min kv/saat elektrik enerjisi daxil olur. Ümumilikdə isə 2006-cı ildə İrandan 80 milyon 353 min kubmetr təbii qaz, 625 milyon 217 min kv/saat elektrik enerjisi alınıb.


MR Ali Məclisinin sədri Vasif Talıbov deyir ki, yerli əhalinin İrana gediş-gəlişi artıb. Ötən il İranla sərhəd gömrük məntəqələrindən 200 minə yaxın vətəndaş istifadə edib.


Naxçıvanın Culfa rayonunda İranla sərhəddə yerləşən keçid məntəqəsində yeni gömrük kompleksi istifadəyə verilib. Tikintisinə 2004-cü ilin ortalarında başlanan kompleksin inşasına 5 milyon 191 min manat vəsait xərclənib. Yaxın gələcəkdə kompleksdə gömrük laboratariyasının da tikiləcəyi planlaşdırılır. Şahtaxtı-Poldəşt gömrük-keçid məntəqəsində də yeni körpü inşa edilir. Körpünün tikintisini İranın tikinti şirkəti həyata keçirir. İki ilə yaxındır inşası davam edən körpü bu ilin sonuna kimi istifadəyə veriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG