Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:20

Gəncə və Bakıda yanğın olub, ölən və xəsarət alanlar var


Hər iki yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir

Hər iki yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir

Yanvarın 19-u saat 07:40 radələrində Gəncə şəhəri Kəpəz rayonu Ağamalıoğlu küçəsi, ev 55-də məişət qazının sızması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində ümumi sahəsi 40 kv.m. olan 1 mərtəbəli 2 otaqlı ev tam yanıb. Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti Şöbəsinin məlumatına görə, yanğın nəticəsində ev sahibi 1954-cü il təvəllüdlü Vəliyev Ramiz İsgəndər oğlu, 1993-cü il təvəllüdlü Vəliyev İsgəndər Ramiz oğlu 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri, 1954-cü il təvəllüdlü Vəliyeva Məryəm Nəriman qızı nəfəs yollarının 85%, 1985-ci il təvəllüdlü Vəliyeva Gülnar Ramiz qızı isə bədəninin 45% - i qədər ağır yanıq xəsarətləri alaraq Gəncə şəhəri 3 saylı xəstəxanaya çatdırılıblar.


Həmin gün saat 08:03 rədələrində isə Bakı şəhəri Keşlə qəsəbəsi Zakir küçəsi, ev 29-da yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan 4 otaqlı ev tam yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1924-cü il təvəllüdlü Rəcəbov Savalan Məmiş oğlunun meyidi aşkar olunub.


Hər iki yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG