Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:22

Qubada yanğın bir nəfərin ölümünə səbəb oldu


Yanvarın 18-də Qubanın Alpan kəndində iki mərtbəli fərdi yaşayış evində yanğın baş verib. Yanğın nəticəsində evin dam örtüyü 126 kv.m. sahədə, 2- ci mərtəbənin aynəbəndi 42 kv.m. sahədə tam, 3 digər yaşayış otaqları isə qismən yanıb. Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti Şöbəsinin məlumatına görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi Muradova Aidə İbad qızının meyidi aşkar olunub. Yanğından 1-ci mərtəbə və yaxındakı tikililər mühafizə olunub.


Hazırda yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG