Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:41

Tələbələrin Təhsil Nazirliyinə qarşı iddiası üzrə məhkəmə icraatı təzələnib


Keçmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) təhsil hüquqlarının pozulduğunu iddia edən ikinci kurs tələbələrinin Təhsil Nazirliyinə qarşı iddiası üzrə məhkəmə icraatı təzələnib. Bu haqda qərar yanvarın 18-də Binəqədi Rayon Məhkəməsində hakim Əhməd Sarıyevin sədrliyi ilə keçən prosesdə verilib. Təzələnməyə prosesdə yeni açılmış halların üzə çıxması səbəb olub.


Müstəqil Azərbaycan Universitetinin lisenziyası ləğv edildikdən sonra sözügedən ali məktəbdə təhsil alan birinci, üçüncü və dördüncü kurs tələbələri başqa universitetlərə köçürülüblər. Ancaq köçürülmə MAU-ya testdənkənar qəbul olunan ikinci kurs tələbələrinə aid edilməyib. Təhsil hüquqlarının pozulduğunu iddia edən tələbələrsə məhkəməyə müraciət ediblər.


XS
SM
MD
LG