Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:08

Gənc nəsil 20 yanvar haqda nə bilir?


«Yeni nəsildə yaxın tarix haqda az təsəvvürlərin olması normal qarşılanmalıdır»

«Yeni nəsildə yaxın tarix haqda az təsəvvürlərin olması normal qarşılanmalıdır»

İki gün sonra Azərbaycanda bütün televiziya və radiolar ancaq bir mövzuya köklənəcək, on yeddi il öncə - 1990-cı ilin 20 yanvarında baş verənlərdən danışacaqlar. On yeddi il qabaq yaşananlar ən yaxın tarixə aiddir, hələ şahidlər də, o zaman yaxınlarını itirənlər də, mənəvi və fiziki yara alananlar da sağdır, sovet avtomatının şaqqıltısı da qulaqlardan çəkilməyib.


Bəs həmin günləri xatırlaya bilməyən yeniyetmlər bu haqda nə bilirlər, nə düşünürlər? Onlar üçün 20 yanvar necə assosiasiya olunur?


9-cu sinif şagirdi Aydan Kərimovaya görə, həmin gecə Bakıya sovet qoşunlarının yeridilməsi haqda göstərişi rus çarı veribmiş. Hərçənd rəyini öyrəndiym bir neçə məktəbli arasında təkcə Aydan həmin qərarı verən adamın - Mixail Qorbaçovun adını xatırlaya bildi. Sadəcə, onu Mərkəzi Komitənin baş katibi kimi yox, rus çarı kimi təqdim etdi: «Həmin gecə rus çarı götəriş verib…»


Salyandan olan tələbə Samirsə orta məktəbdə tarix fənnini oxumadığını, sadəcə, texniki elmlərə diqqətli olduğunu deyir: «Həmin gün Bakıda qırğınlar olub. Dəqiq bilmirəm nə qədər adam ölüb. Mən tarix fənnini oxumamışam, sözün düzü, birinci qrupa hazırlaşmışam».


İnsaf naminə yeniyetmələrin həmin hadisələr haqda məlumatsız olduğunu söyləmək düz olmazdı, sadəcə, təsəvvürlərinin səthi və təfərrüatlardan xəbərsiz olduqlarını, bəzənsə bəlağətlə danışdıqlarını, faktları xatırlamadqılarını da demək olar:



«Nə qədər qəribə səslənsə də, ermənilərin təcrübəsi öyrənilməlidir. Ermənilər neçə on illərdi genosidi qeyd edirlər. Millətn inkişafı təkcə ağ günlərlə yox, qara günlərlə bağlıdır».
- Azərbaycan Sovetlər Birliyindən ayrılmaq istəyirdi, qoymurdular. İki yaşım olub onda. Kitabdan oxumuşam.

- Sovet ordusu əliyalın vətəndaşların üstünə hücum edib. Azərbaycan torpaqlarını ələ keçirmək istəyirdilər. O zaman şəhid olanlar istirahət yeri sayılan Dağüstü Parkda dəfn ediliblər. İndi ora Şəhidlər Xiyabanı adlanır. Əvvəllər də orda şəhidlər dəfn olunubmuş. Amma yaddan çıxdığına görə, başımıza bu işlər bir də gəlib…


- Mən burda yaşamıram, heç nə bilmirəm.


- Sovet hakimiyyəti anladı ki, ya getməlidir, ya da camaatı susdurmalıdır. 90-cı ildən sonra sovet hakimiyyəti rəmzi olaraq qalmışdı.


- Biz azadlıq istəmişik, onlar da qoymayıblar, ona görə adamları qırıblar. Nə qədər adam ölüb, bilmirəm. Sovet qoşunlarının yeridilməsi haqda göstərişi kim verib, bilmirəm, mən onda uşağıydım...


Filosof Niyazi Mehdinin qənaətincə, yeni nəsildə yaxın tarix haqda az təsəvvürlərin olması normal qarşılanmalıdır: «Belə hadisələrlə bağlı biliklərin azalması qaçılmazdır. Yeni nəsil həmin güllə səsini eşitməyib. Valideynlər az danışırlar».


Amma filosof yeniyetmələrə bəraət qazandırsa da, həmin güllə səsini eşidən böyüklərə haqq qazandırmır. Onun qənaətincə, Avropa ölkələrinin ənənəsi qalsın bir yana, Azərbaycanın qonşuluğunda yaşayan ermənilərin kökünə, soyuna yanaşması yaxşı örnəkdir: «Nə qədər qəribə səslənsə də, ermənilərin təcrübəsi öyrənilməlidir. Ermənilər neçə on illərdi genosidi qeyd edirlər. Millətn inkişafı təkcə ağ günlərlə yox, qara günlərlə bağlıdır».


Yeni nəslə bu hadisələrin mahiyyətini çatdırmaq üçün müxtəlif üsullardan yararlanmaq olar. Tarixə maraqlı yanaşmalar tapmaq lazımdır. Kino, teatr, televiziya yeni rakurslar taparaq bu məsələyə qayıda bilər. Bunları da Niyazi Mehdi deyir. Onun qənaətincə, sadəcə, 15 yaşlı növcəvanın «zəif damar»ını tutmaq lazımdır.


25 yaşlı Fərhad Talıbovsa 17 il əvvəl baş verənləri matəm kimi təqdim etməyin əleyhinədir: «Matəm yox, dirçəliş günüdür. Xalq öz sözünü deyib. Sovet hakimiyyəti dövründə ən böyük qırğın Azərbaycanda oldu. O zaman Tbilisidə 9 nəfər, Pribaltikada üç nəfər öldü, Azərbaycanda isə 200 nəfər…Əlbəttə, camaat haqlıydı. Bakıya tank yeriyirdisə, etiraz etməməliydilər?»


Bunu təkcə Fərhad demir. Ülvi Qəhrəmanlı da enyi cür düşünür. Və belə görünür ki, zamanla gənc nəsil indiyədək şahidlər arasında gedən bəzi mübahisələrə də son qoyur.


Günün bütün mövzuları

XS
SM
MD
LG