Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:33

Qiymət artımı hökumətin makroiqtisadi və gəlir siyasətlərinin nəticəsidir


BVF hesab edir ki, ölkədəki qiymət artımını inflyasiyadan ayırmaq lazımdır

BVF hesab edir ki, ölkədəki qiymət artımını inflyasiyadan ayırmaq lazımdır

Azərbaycanda enerjidaşıyıcıların qiymətlərində baş verən son artım və inflyasiyaya Beynəlxalq Valyuta Fondunun (BVF) əməkdaşları münasibət bildirib.

Enerjidaşıyıcılar və kommunal xidmət tariflərinin 8 yanvar 2007-ci ildən qüvvədə olan artımından sonra bir çox başqa istehlak mallarının qiymətlərinin də kəskin bahalaşması barədə məlumatlar verilmişdi. Beynəlxalq ekspertlərin fikrincə, enerjidaşıyıcıların qiymətlərində bir dəfəyə edilən dəyişikliyin birbaşa təsirlərini inflyasiyadan ayırmaq lazımdır.


BVF əməkdaşlarının hesablamalarına görə, enerjidaşıyıcılar və kommunal xidmət tariflərində aparılan son tənzimləmələrin istehlak qiyməti indeksinə birbaşa təsiri, qiymətlərin təqribən 4-5% həddində birdəfəlik atımı ilə məhdudlaşacaq. Bir müddət sonra, enerjidaşıyıcıların bahalaşması digər istehlak qiymətlərinə də təsir edə bilər.



Beynəlxalq ekspertlərin fikrincə, enerjidaşıyıcılarının qiymətlərində bir dəfəyə edilən dəyişikliyin birbaşa təsirlərini inflyasiyadan ayırmaq lazımdır
Keçən həftə bir çox istehlak mallarının qiymətində məlumat verilən 10-15% artım (bəzi hallarda bundan xeyli çox) enerjidaşıyıcıların bahalaşması ilə əsaslandırıla biləcək səviyyədən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu cür qiymət artımı daha çox Azərbaycan hökumətinin 2006-cı ildə həyata keçirdiyi ekspansionist makroiqtisadi və gəlir siyasətlərinin nəticəsidir. Ayrıca olaraq, BVF hesablamalarına görə, 2006-cı ildə hökumətin icmal xərclərinin həcmi təqribən 76% artmışdır; dövlət sektorunda əhəmiyyətli əmək haqqı artımlarına üstəlik minimum əmək haqqı 2007-ci il, yanvar ayının 1-də 33% qaldırılmış; 2006-cı ildə manatla pul kütləsində 133% səviyyəsində sıçrayış baş vermişdir. Bütün bu amillər nisbətən kiçik olan qeyri-neft sektorunda tələblə bağlı təzyiqləri əhəmiyyətli dərəcədə gərginləşdirərək inflyasiyanın xeyli yüksəlməsinə səbəb olmuşdur. Enerjidaşıyıcılar və kommunal xidmət tariflərinin tənzimlənməsi ekspansionist siyasətin davam etdirilməsi sayəsində artıq öz mövqeyini yaxşı möhkəmlətmiş inflyasiya gözləntilərini yalnız intensivləşdirə bilərdi.


Eyni zamanda, enerji istehlakına ayrılan ünvansız subsidiyaların iqtisadi inkişaf və yoxsulluğun azaldılması ilə bağlı ümdə ehtiyaclara yönəldilməsi mühüm faydalar gətirir. Lakin bu cür faydalardan maksimum istifadə etmək üçün bir sıra mühüm köməkçi tədbirlər görülməlidir. Beynəlxalq ekspertlər hesab edir ki, hökumət enerjidaşıyıcıların qiymətindəki son bahalaşmaların aşağıdakı tədbirlərlə paralel baş verməsini təmin etməlidir:


1. Kommunal xidmətlərin keyfiyyəti yüksəldilməlidir. Buna görə, dövlət müəssisələrində korporativ idarəetmə və maliyyə intizamının yaxşılaşdırılması üçün təcili addımlar atmaq lazım olacaqdır


2. Ünvanlı sosial yardım proqramı çərçivəsində xüsusi ehtiyaclı qruplara onların yaşayış səviyyələrinin pisləşməməsi üçün son qiymət artımlarını tam kompensasiya edən vəsaitin ayrılması təmin edilməlidir.


BVF açıqlamasında bildirilir ki, Vitali Kramarenkonun rəhbərliyi altında fondun missiyası fevral ayının ortalarında Bakıya səfər edəcəkdir. Bu missiya enerjidaşıyıcıların qiymətləri və inflyasiyanın sabitləşdirilməsi ilə əlaqədar məsələlərlə də məşğul olacaqdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG