Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:00

YAP-ın qiymət artımı ilə bağlı tədbirində fikir ayrılığı yarandı


Qiymət artımı ilə bağlı hakim partiyanın təşkilatçılığı ilə konfrans keçirildi. 18 yanvar, 2006-cı il

Qiymət artımı ilə bağlı hakim partiyanın təşkilatçılığı ilə konfrans keçirildi. 18 yanvar, 2006-cı il

«Ölkədə qiymətlərin artırılması zəruri idi, istər-istəməz bu addım atılmalı idi»-bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov qiymət artımı ilə bağlı hakim partiyanın yanvarın 18-də keçirdiyi tədbirdə səsləndirib. Cənab Əhmədov qiymətlərin qalxmasından bəzi qüvvələrin spekulyativ məqsədlərlə istifadə etdiyini dedi.


İqtisadçı deputat Azər Əimiraslanov Azərbaycanın qiymət artımı məsələsində hələ gecikdiyi, bu addımın çoxdan atılmalı olduğunu bildirdi.


Ancaq, bu fikirlə razılaşmayanlar da oldu. YAP-dan olan keçmiş millət vəkili Səttar Səfərov dedi ki, qiymət artımı ilə əmək haqqının artımı tarazlıq təşkil etməlidir: «Qiymət siyasəti ilə əmək haqqı siyasəti bir-birin tamamlamalıdır. Qiymətlərin artımı 2007-ci il üçün dövlət büdcəsi təsdiq olunmamışdan əvvəl olmalı idi».


Bitərəf deputat Çingiz Əsədullayev dedi ki, qiymət artımı ilə bağlı üç-dörd ay əvvəldən izahat verilməli idi: «Xalqın qarşısında dayanan bizik, ona görə də, bu məsələlərin izahatı vaxtında verilməlidir».


YAP-ın təşkilatçılığı ilə keçirilən tədbirə partiya funksionerləri yanaşı Milli Məclisin komissiya sədrləri, bitərəf deputatlar, Respublika Həmkarlar İttifaqları Konfederasiyasının və bir sıra dövlət qurumlarının təmsilçiləri də qatılmışdı.


Tarif Şurasının qərarıyla yanvarın 8-dən benzin və dizel yanacağı, elektrik, su, kanalizasiya və qeyri-əhali qrupu üçün qaz, ictimai nəqliyyat və dövlət yol polisinin bəzi xidmətlərinin qiymətləri qaldırılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG