Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:06

Vəkil Səməd Pənahov vəfat edib


Yanvarın 17-si axşam vəkil Səməd Pənahov vəfat edib. Bu barədə «Azadlıq» radiosuna vəkilin ailəsindən məlumat verilib. Ailə üzvləri ölümün səbəbini Səməd Pənahovun təzyiqinin kəskin yüksəlməsi ilə izah ediblər.


Səməd Pənahov ağır qətl və adam oğurluqlarında ittiham edilən Hacı Məmmədov və daha 26 nəfərin işi ilə bağlı məhkəmədə də vəkil kimi iştirak edirdi. Bundan başqa, o, 2003-cü il prezident seçkisi zamanı iğtişaşlarda günahlandırılan müxalifət fəallarını da müdafiə edib.


XS
SM
MD
LG