Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:23

Ağstafa rayon bazarının satıcıları etiraz aksiyası keçiriblər


Ağstafa bazarı. 4 may 2006-cı il
Ağstafa bazarı. 4 may 2006-cı il

Yanvarın 18-i səhər saatlarında Ağstafa bazarında səyyar ticarətlə məşğul olan insanlar Tbilisi-Bakı magistral yolunu bağlayıblar. Aksiya iştirakçıları bazardakı səyyar ticarət şəbəkəsində kassa aparatının tətbiqinə etiraz edirlər. Aksiya iştirakçılarının sözlərinə görə, vergi orqanları onların hər birinə 200 manat ödəməklə kassa aparatı almağı təklif edib. Ancaq, səyyar satıcılar iddia edirlər ki, yaxşı qazancları olmadığından bəzən heç yer haqqını da ödəyə bilmirlər. Polisin müdaxiləsindən sonra magistral yol açılıb və aksiya dayandırılıb. Hadisə yerində olan AXCP Ağstafa rayon şöbəsinin rəhbəri Maarif Salahovun sözlərinə görə, polis aksiya iştirakçılarına qarşı fiziki zor tətbiq edib. Ağstafa rayon polis idarəsindən aksiyanın dağıdılması faktı təsdiqləndi.


Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov da aksiya iştirakçıları ilə görüşüb. Onun «Azadlıq» radiosuna verdiyi məlumatda bazardakı səyyar satıcıların etirazı təsdiqlənsə də, iştirakçılara qarşı zor tətbiq edilməsini təkzib edilib. Cənab Tatarovun sözlərinə görə, səyyar satıcılara məsləhət görülüb ki, yolu bağlamaqdansa, şikayətlərini Vergilər Nazirliyinə bildirsinlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG