Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:32

Mətbuat Şurası prezidentə müraciət qəbul edib


Yanvarın 17-də Mətbuat Şurasının (MŞ) İdarə Heyəti qiymətlərin artması ilə əlaqədar mətbuata yardım üçün prezident İlham Əliyevə müraciət qəbul edib. MŞ-nın sədri Əflatun Amaşov «Azadlıq» radiosuna bildirib ki, müraciət yanvarın 18-də prezident aparatına təqdim olunacaq. Onun sözlərinə görə, müraciətdə qiymətlərin artması ilə bağlı mətbuatın ağır vəziyyətindən danışılır, bu artımın mediaya az təsir etməsi üçün qəzetlərə, nəşriyyatlara, yayım təşkilatlarına müəyyən subsidiyaların verilməsi xahiş olunur.


Cənab Amaşov deyir ki, Azərbaycan mətbuatının problemlərini aradan qaldırmaq üçün dövlət proqramının hazırlanmasına ehtiyac var. MŞ İdarə Heyəti həmin proqramın ilk variantını da müzakirə edib. Proqramda 2012-ci ilədək olan müddət mətbuat üçün keçid dövrü müəyyən edilir.


Müzakirə zamanı tanınmış iqtisadçıları, hüquqşünasları dəvət edib proqramın son variantını hazırlamaq və müvafiq orqanlara təqdim etmək qərara alınıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG