Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:17

Rusiya terror təhlükəsi qarşısındadır


Rusiyada ən qanlı terror hadisələrindən biri: Beslan. 1 sentyabr 2004

Rusiyada ən qanlı terror hadisələrindən biri: Beslan. 1 sentyabr 2004

Terrorçular Rusiyada ictimai nəqliyyata, metroya hücum etmək istəyirlər. Məlumatı xəbər agentlikləri Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadən yayıblar. Xəbər FTX-yə xarici mənbələrdən sızıb. Xidmətin direktoru Nikolay Patruşev əhaliyə və dövlət rəsmilərinə ehtiyatlı olmaları barədə xəbərdarlıq edib. Patruşev eyni zamanda məlumatı yoxlamaq və ölkədə müdafiə tədbirlərini gücləndirmək üçün təhlükəsizlik orqanlarına göstəriş verib.


Son bir neçə ildə Rusiyada iki terror hadisəsi olub. Çeçen separatçıları bir dəfə Moskvanın mərkəzində kinoteatra, daha sonra Beslan rayonundakı məktəbə hücum ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG