Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:44

Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Bakıya gəlib


Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Hüseyn Avni Qarslıoğlu yanvarın 16-da Bakıya gəlib. Türkiyənin Bakıdakı səfirliyindən «Azadlıq» radiosuna bildiriblər ki, cənab Avni Qarslıoğlu tezliklə öz vəzifəsinin icrasına başlayacaq.


Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadədən aldığımız məlumata görəsə, Avni Qarslıoğlunu yanvarın 17-də Elmar Məmmədyarov qəbul edəcək.


Türkiyənin yeni elçisi XİN başçısına öz dövlətinin etimadnaməsini təqdim edəcək.
Hüseyn Avni Qarslıoğludan əvvəl Türkiyə dövlətinin Azərbaycanda rəsmi təmsilçisi Turan Moralı idi.


Günün bütün mövzuları

XS
SM
MD
LG