Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:58

Belarusla Rusiya arasında yenidən mübahisə yarana bilər


Belarus xəbərdarlıq edib ki, enerji məsələsinə görə, Rusiyayla yenidən mübahisə yarana bilər. Belarusun Baş nazir müavini Andrey Kabyaki televiziyayla çıxışında deyib ki, Belarus Rusiyanın havayı istifadə etdiyi iki hərbi baza və Yamal-Avropa qaz kəmərinə görə, rüsum tətbiq edə bilər. Onun bu bəyanatı Rusiya prezidenti Vladimir Putinin bazar ertəsi dediklərinə cavabdır. Cənab Putin deyib ki, Rusiya Belarusa iqtisadi dəstəyi azalda bilər. Lakin o, eyni zamanda qeyd edib ki, Rusiyanın Belarusa ucuz qaz və neft formasında dolayısıyla subsudiya verməsi gələn il 5.8 milyard dollar təşkil edə bilər ki, bu da Belarus büdcəsinin 40 faizindən çoxu deməkdir. Belarusun Baş nazir müavini Andrey Kabyaki isə bu rəqəmin real olmadığını deyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG