AFFA-nın Polşa və Azərbaycanın futbol yığmaları arasında martın 24-də keçirilməsi nəzərdə tutulan seçmə oyunun vaxtını dəyişmək istəyi baş tutmayıb. Pavel Yanas yığmanı çalışdırdığı dönəmdə oyunun avqustun 22-nə təxirə salınmasıyla bağlı ilkin razılıq verən Polşa Futbol Federasiyasının rəhbərliyi Leo Beenhakkerin «sükan arxasına» keçməsiylə fikrindən daşınıb. Bu isə o deməkdi ki, Azərbaycan yığması martın 24-də səfərdə Polşa yığması ilə oyuna çıxmalı və bundan 4 gün sonra finləri qəbul etməlidi.