Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:48

Nəbi Xəzri birinci «Fəxri xiyaban»da torpağa tapşırılıb


Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Nəbi Xəzri ilə vida mərasimi keçirilib. Vida mərasimində Baş nazir Artur Rəsizadə, Prezident Aparatının başçısı Ramiz Mehdiyev, bir sıra nazirliklərin rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, ədəbiyyat adamları da iştirak ediblər.Mərhum birinci «Fəxri xiyaban»da torpağa tapşırılıb.


Xalq şairi Nəbi Xəzri yanvarın 15-də səhər Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində 82 yaşında vəfat edib. O, yanvarın 13-də gecə işemik insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG