Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:20

Rusiya bazarlarında piştaxtalar boşalır

  • Mumin Şakirov

«Bazarlarda alver edən insanlar ən çox sıxışdırılan və ən zəif təbəqədirlər»

«Bazarlarda alver edən insanlar ən çox sıxışdırılan və ən zəif təbəqədirlər»

Yanvarın 15-dən «Parakəndə bazarlar və Rusiya Federasiyası Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» qanun qüvvəyə minib. Yeni qanuna görə, Rusiya bazarlarında əcnəbi tacirlərin sayı bazarlarda satıcıların ümumi sayının 40 faizindən çox ola bilməz və onların Rusiya ərazisində müvəqqəti işləmələrinə icazə verən sənədləri olmalıdır. Tacirlər – keçmiş sovet respublikalarının sakinləri tələsik yeni sənədlər düzəldirlər. Rusiya vətəndaşları isə boşalan yerləri tutmağa tələsmirlər, bazarlar böyük ziyan çəkirlər, alıcılar isə zəif çeşiddən şikayətlənirlər.

Moskvanın Leninqrad bazarında satıcıların təxminən 80 faizi yanvarın 16-da işə çıxmayıb: kimsə öz vətəninə gedib, kimsə icazə üçün növbədə durur. Sənədləri müraciət edənlərə bir pəncərədən verirlər. Bazar direktorlarından biri ümumilikdə dövlətin ticarət sahəsində qayda-qanun yaratmaq səylərindən razıdır. Amma, o, narahatdır ki, bütün ticarət yerlərini işə könülsüz yanaşan yerli sakinlər hesabına doldurmaq mümkün olmayacaq.

Rusiya bazarlarında satıcı işləmək üçün səhər erkən saat 4-də yuxudan durmaq, malı gətirmək və piştaxtalara düzmək lazımdır. Gəlmələr bu işə görə ayda 10-15 min rubl alırlar. Moskvalılara isə 20-25 min ödəmək lazımdır
Bazarlarda satıcı işləmək üçün səhər erkən saat 4-də yuxudan durmaq, malı gətirmək və piştaxtalara düzmək lazımdır. Gəlmələr bu işə görə ayda 10-15 min rubl alırlar. Moskvalılara isə 20-25 min ödəmək lazımdır. Bu da malın bahalaşması deməkdir.


Xaricilərin əksəriyyəti indi Rusiyada fəaliyyətlərini leqallaşdırmağa çalışırlar, ancaq bu, da hamıda alınmır. Ən mütəşəkkil Azərbaycan diasporu çıxıb: «Bakı» kinoteatrında xüsusi ştab açıblar, burada vəkillər öz həmyerlilərinə Rusiyada iş üçün sənəd almağa yardım edirlər.


Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Eldar Quliyev hesab edir ki, «insanın bazarda olmasını onun milliyyəti ilə bağlamaq düz deyil. Amma, hökumət belə qərar veribsə, deməli, onu reallaşdırmaq lazımdır. Biz hər şey edəcəyik ki, insanlar üçün imkanlar daxilində az problem olsun. Çünki, bazarlarda alver edən insanlar ən çox sıxışdırılan və ən zəif təbəqədirlər. İndi onların həm də hüquqlarını pozmaq – bu, sadəcə ədalətsizlikdir».


Eldar Quliyev deyir ki, Rusiya, Moskva bazarlarından Qafqazdan olan tacirlərin birdən yoxa çıxmasını zənn etsək, ciddi çətinliklər yaranacaq: «Axı məsələ təkcə bazarda piştaxta arxasında duranın şəxsiyyətində deyil. Bu insanlar bütün Rusiyanı tərəvəz, meyvə ilə təchiz edirlər, onlar onu gətirir, paylayır... İndi birdən kimsə bunu dayandırmaq istəsə, rusiyalılar üçün problemlərdən başqa bir şey olmayacaq».


«Parakəndə bazarlar və Rusiya Federasiyası Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» qanunun müəllifləri isə bununla kifayətlənmək fikrində deyillər. Onlar bazarları ixtisaslaşma üzrə bölmək istəyirlər: birində yalnız süd məhsulları satılacaq, başqasında ancaq ət məsulları və s. Ekspertlərin fikrincə, bu sistem bazarların iqtisadiyyatını ciddi sarsıda bilər: bütün ərzaqları bir yerdən almağa adət edən alıcılar ucuz dükan və supermarketlərdə al-ver etməyə üstünlük verəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG