Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:18

Üç «ədalətsiz hakim»in adı açıqlandı


Hakimlər özlərini «ədalətsiz hakim» hesab etmədiklərini bildirirlər
Hakimlər özlərini «ədalətsiz hakim» hesab etmədiklərini bildirirlər
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimləri Mənsur İbayev, Tofiq Paşayev və Azər Orucov «ədalətsiz hakimlər» elan olunublar. Sülh və Demokratiya İnstitutu (SDİ) apardığı monitorinqlərdən sonra bu qənaətə gəlib. SDİ-nin direktoru Leyla Yunus həmin şəxslərin «yerli və beynəlxalq hüquqa zidd hökmlər çıxardıqlarına» görə, «ədalətsiz hakimlər» adlandırıldıqlarını bildirib. SDİ bu hakimlərinin cəzalandırılması ilə bağlı Məhkəmə Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb.

Hakim Tofiq Paşayev «Yeni Fikir» gənclər hərəkatının üzvlərinin, Mənsur İbayev 2003-cü il 16 oktyabr hadisələrində ittiham olunan müxalifət liderlərinin, Azər Orucov isə 2004-cü ilin dekabr ayında «Qarabağ partizanları» adlandırılan şəxslərin məhkəmə proseslərinə sədrlik ediblər. SDİ onların çıxardığı məhkəmə qərarlarını ədalətsiz hesab edir.


Məsələ ilə bağlı «Azadlıq» radiosuna münasibətini bildirən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Mənsur İbayev bu qərarı qərəzli adlandırıb. Azər Orucov İnstitutun gəldiyi qənaətlə razılaşmadığın, özünü «ədalətsiz hakim» hesab etmədiyini dedi. Tofiq Paşayev prosesdə olduğundan məsələyə münasibətini öyrənmək mümkün olmadı.


SDİ 11 il ərzində ictimaiyyət arasında böyük rezonans doğurmuş məhkəmə proseslərinin o cümlədən də, azad söz və mətbuatla bağlı, həmçinin siyasi çalarları olan məhkəmə proseslərinin monitorinqini keçirir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG