Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:09

Andres Herkel tərəddüd edir


O, siyasi məhbuslarla bağlı məruzəçi təyin olunması haqda müraciətə qəti cavab verməyib
O, siyasi məhbuslarla bağlı məruzəçi təyin olunması haqda müraciətə qəti cavab verməyib

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel siyasi məhbus məsələləri ilə bağlı məruzəçi təyin olunması haqda Azərbaycan Hüquq Müdafiə Təşkilatları Federasiyasının müraciətinə qəti cavab verməkdə çətinlik çəkir. O, «Azadlıq» radiosuna bildirib ki, bu haqda fikrini hökumətin qurum qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi ilə bağlı hesabatın müzakirələri zamanı açıqlayacaq: «Təəssüf ki, bir sıra səbəblərdən hesabatın müzakirəsi yubanır. Yəni müzakirə bizim gözlədiyimiz kimi apreldə yox, iyunda da ola bilər. Mən siyasi məhbusla bağlı prosesin gedişini gözləyirəm. Qərarım da prosesin gedişində müəyyənləşəcək».


Cənab Herkel ötən ilin noyabrında Azərbaycanda olarkən bildirib ki, siyasi məhbus məsələsi ilə bağlı müsbət irəliləyiş olarsa, yəni səhhətində problem olan siyasi məhbuslar azadlığa buraxıldığı və ya bütünlükdə siyasi məhbus sayılanlarla bağlı əfv fərmanı verildiyi halda, məruzəçiyə zərurət olmayacaq. Əks halda, o, şəxsən özü bu məruzəçinin bərpa olunması yönündə təşəbbüslə çıxış edəcək: «Mən bunu payızda demişdim. Üstündən xeyli vaxt keçib. Hesabatın hazırlanması və müzakirələr yubandığından indi bu məsələyə ehtiyatla yanaşıram».


Yanvarın 15-də Azərbaycan Hüquq Müdafiə Təşkilatları Federasiyası AŞ PA həmməruzəçilərinə müraciət edərək ölkədə söz azadlığının pisləşməsindən, siyasi məhbus məsələsinin həll olunmamasından narahat olduqlarını bildiriblər və sonuncu məsələylə bağlı məruzəçinin bərpa olunmasını istədiklərini deyiblər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG