Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:29

İki mərakeşli jurnalist lətifələrə görə şərti cəza alıblar


Mərakeş məhkəməsi islamı və ictimai əxlaqı təhqir etməkdə təqsirləndirilən iki jurnalisti şərti həbs cəzasına məhkum edib. Bundan başqa, onlara iki ay ərzində öz jurnallarını buraxmaq qadağan edilib.

Driss Ksayks və Sanaa əl-Aci dini mövzularda lətifələr haqqında məqalə dərc etdiriblər. Yazıda Məhəmməd peyğəmbər və sonuncu Mərakeş kralı İkinci Həsənin adı çəkilib.


İttiham tərəfi daha sərt cəza – 5 ilə qədər azadlıqdan məhrumetmə tələb edirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG