Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:00

Amerikanın yeni hərbi qüvvələri artıq İraqa gəlib


İraqa gələn yeni Amerika əsgərlərinin sayı barədə məlumat verilmir

İraqa gələn yeni Amerika əsgərlərinin sayı barədə məlumat verilmir

ABŞ prezidenti Corc Buşun yeni planına uyğun olaraq, Amerikanın yeni hərbi qüvvələri İraqa gəlib. Məlumatı Amerika generalı Corc Keysi verib, amma o, əsgərlərinin sayının nə qədər olduğunu deməyib: «Həm biz, həm də iraqlılar məqsədimizə çatmaq üçün kifayət qədər etibarlı təhlükəsizlik qüvvələri toplamışıq. Amma, plan nə cür olursa, olsun, uğur qazanacağımıza heç kim zəmanət vermir. Uğur dərhal əldə olunmur. İnanıram ki, davamlı siyasi dəstək, hər iki tərəfin ciddi cəhdi sayəsində bu plan həyata keçəcək».


Amerika prezidenti Corc Buş keçən həftə İraqla bağlı yeni plan açıqlayıb. Plana görə, İraqa əlavə 20 min əsgər getməlidir. Yeni hərbi kontingentin əsas məqsədi təriqətlər arası münaqişəni dayandırmaqdan ibarətdir. Bundan əlavə İraqın yenidən qurulması üçün 10 milyard dollarlıq kapital qoyuluşu, İran və Suriyanın bu ölkəyə təsirlərinin zəiflədilməsi də ABŞ prezidentinin yeni planının tərkib hissələridir. Konqres isə Buşun bu qərarı ilə razı deyil.


Günün bütün mövzuları

XS
SM
MD
LG