Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:00

Səkkiz yaşlı uşağın Səddam Hüseynə görə intihar etdiyi güman edilir


İlkin ekspertiza meyitin üzərində zorakılıq əlaməti aşkar etməyib

İlkin ekspertiza meyitin üzərində zorakılıq əlaməti aşkar etməyib

Yanvarın 14-də Tovuz rayonunun Xatınlı kəndində 1999-cu il təvəllüdlü Naiq Həsənovun yaşadığı evdə meyiti tapılıb.


Tovuz Rayon Polis İdarəsindən «Azadlıq» radiosuna verilən məlumata görə, ilkin ekspertiza zamanı meyitin üzərində zorakılıq əlaməti aşkar edilmədiyindən Naiqin intihar etməsi ehtimal olunur. Yaxınlarının yerli televiziyaya bildirdiyinə görəsə, sabiq İraq prezidenti Səddam Hüseynin edam səhnəsinin görüntüləri yayılandan sonra ikinci sinif şagirdi Naiq valideynlərinə bu barədə çoxlu suallar verirmiş.


Hüquq-mühafizə orqanları ehtimal edirlər ki, sabiq İraq liderinin asılma səhnəsi uşağın psixologiyasına mənfi təsir edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG