Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:19

Jurnalistlərə Səddamın tərəfdaşlarının edamının videoyazısını göstəriblər


İraq hakimiyyəti jurnalistlərə Səddam Hüseynin iki yaxın tərəfdaşının edamının videoyazısını nümayiş etdirib. İraq kəşfiyyatının keçmiş rəhbəri Barzan İbrahim ət-Tikriti və keçmiş ali hakim Avad Hamed əl-Bandar yanvarın 15-si səhər tezdən asılıblar. Edam zamanı ət-Tikritinin başı qopub. Bu, hakimiyyət rəsmilərində müəyyən çaşqınlıq yaradıb. Onlar əmin ediblər ki, hərdənbir olsa da, belə hallar baş verir.

Edam yenidən Avropa Birliyinin sərt tənqidinə səbəb olub. Avropa Komissiyasının başçısı Joze Manuel Barrozu və İtaliyanın Baş naziri Romano Prodi deyiblər ki, onlar umumiyyətlə, edama qarşı çıxırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG