Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:53

Yanvarın 16-da Hacı Məmmədov və daha 26 nəfərə hökm oxunacağı deyilir


Yanvarın 16-da çoxsaylı qətllər və adam oğurluğunda təqsirli bilinən Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hökm oxunacaq.


Prosesin saat 11-də başlayacağını bildirən DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, təqsirləndirilən Zakir Nəsirovun vəkili Adil İsmayılovun fikrincə, bir gün ərzində ittiham olunan şəxslərin hamısına hökm oxunması mümkün olmayacaq.


Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi ötən ilin iyulunda başlamışdı.


XS
SM
MD
LG