Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:21

2006-cı ildə Eyfel qülləsinə rekord sayda turist qalxıb


2006-cı ildə Eyfel qülləsinə rekord sayda ziyarətçi – 6 milyon 700 min nəfər qalxıb. 1889-cu ildə arxitektor Aleksandr Eyfel özünün məşhur əsərini yaradandan bəri qülləni 230 milyon nəfər ziyarət edib. Parisi 324 metr hündürlükdən seyr etmək üçün 1665 pilləkəni dəf etmək və ya sürətli liftlə qalxmaq lazımdır.


Keçən ilin əvvəlində Paris rəhbərliyi ehtiyatlanırdı ki, paytaxtın şəhərətrafı qəsəbələrində və Fransanın başqa şəhərlərində kütləvi iğtişaşlar üzündən Eyfel qülləsini ziyarət edənlərin sayı azalacaq. Amma bu, baş vermədi. Parisin mənzərəsinə tamaşa etmək istəyənlərin sayı 2005-ci illə müqayisədə 300 min nəfər artıb. İş günləri qülləyə 30 minədək turist qalxır.


Günün bütün mövzuları

XS
SM
MD
LG