Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:36

Qlobal istiləşməyə qarşı bir milyard ağac


Milyard ağac kampaniyası başlayandan 75 min ağac əkilib
Milyard ağac kampaniyası başlayandan 75 min ağac əkilib
Dünyanın qüdrətli dövlətləri ötən onillik boyu qlobal istiləşmənin qarşısını almaq üçün çoxlu planlar cızıblar. Danışıqlar, müzakirələr, layihələr, Kyoto protokolu... Protokol üstündə uzun illər sürən mübahisələr və sürəkli ratifikasiya prosesi...Avropa Birliyinin xususi planı...

Amma çevrəçilər daha sadə bir yol göstərirlər. Hər kəsin bir ağac əkməsi. Onlar hesablayıblar ki, müzakirələrə, planlara sərf olunan ötən onillikdə hərə bir ağac əksəydi, sahəsi Ukraynadan iki dəfə böyük yaşıllıq peyda olardı. Elə məhz ötən onillikdə bu qədər meşə qırılıb.


Qüdrətli dövlətlərin planlarının kökündə isə bir məsələ dururdu. Necə etməli ki, parnik effekti verən qazların -xüsusən də bitki mənşəli yanacaqların və neft məhsullarının yanmasından yaranan karbon qazının


havaya buraxılması azaldılsın?


Artıq Avropa Birliyi çıxış yolları təklif edib. Günəş və külək enerjilərindən, bioyanacaqdan, nüvə enerjisindən istifadəni genişləndirmək.


«Biz insanlar ekosistemin bir hissəsiyik. Və bu sistemin bir hissəsini öldürəndə, özümüzü də qırırıq. Buna görə başa düşməliyik: Bu ekosistem olduğu kimi qalmalıdır, qorunmalıdır. Çünki bizim salamat qalmağımız onun salamatlığından asılıdır».
Bir çox mütəxəssislər günəş və külək enerjisi stansiyalarını praktik saymırlar, nüvə enerjisi isə risqlidir. Yanacaq hüceyrələri planları çəkici görsənir, amma uzaq gələcəyin işidir. Onda nə etməli?

«Gələcək nəsillər üçün ağac əkmək çox bəsit, amma sanballı bir irəliləyiş olardı. «2007-ci ildə yer üçün göyərti – bir milyard ağac» adlı kampaniyanın məqsədi çevrə naminə misli görünməmiş səfərbərlikdir». Bu sözləri Monako şahzadəsi Albert deyir. O, BMT-nin Çevrəçilik Proqramı - UNEP-in başladığı təşəbbüsün himayəçisidir. Bu il bir milyard ağac əkilərsə, bunun qlobal istiləşməyə nə təsiri ola bilər?


Məsələ bundadır ki, meşələrin qırılması atmosferdə karbon qazının artmasına az qala bütün nəqliyyat sistemi qədər təsir edir.


Əslində, həmin təşəbbüs yeni də deyil. Keniyanın «Yaşıl Zona» hərəkatının banisi Vanqari Maatinin təşəbbüsü Afrikanın 12 ölkəsində 1997-ci ildən bəri 30 milyon ağac əkilməsinə gətirib. Və bu fəaliyyət qiymətləndirilib də: «Mən 2004-cü il üçün Nobel sülh mükafatı laureatı Vanqari Maatini qızıl medal və diplom almağa dəvət edirəm». Bu, Nobel mükafatının təqdimi mərasimində səslənib. Maati təşəbbüsə başlayanda Keniyanın kənd sakinlərindən bir çoxu odunsuz, münbit torpaqsız və susuz qalmışdılar. Səbəb isə bir idi – meşələrin qırılması.


Maati deyir: «Biz insanlar ekosistemin bir hissəsiyik. Və bu sistemin bir hissəsini öldürəndə, özümüzü də qırırıq. Buna görə başa düşməliyik: Bu ekosistem olduğu kimi qalmalıdır, qorunmalıdır. Çünki bizim salamat qalmağımız onun salamatlığından asılıdır».


UNEP etiraf edir ki, başladığı təşəbbüsü qlobal tələbatın yanında çox kiçik görsənir. Torpağı sabitləşdirmək, ekosistemi bərpa etmək üçün milyonlarla, bəlkə milyardlarla hektar yaşıllıq salınmalıdır.


Milyard ağac kampaniyası başlayandan 75 min ağac əkilib və əlavə 150 milyon ağac əkilməsi üçün vədlər verilib.


Ermənistanda bir QHT isə bu il yarım milyon ağac əkməyi vəd edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG