Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:34

Hollivud Aleksandr Litvinenko ilə bağlı filmlər çəkmək istəyir


Aleksandr Litvinenko, Moskva, 17 noyabr 1998
Eyni anda bir neçə Hollivud kinostudiyası Aleksandr Litvinenko ilə bağlı film çəkməyi planlaşdırır. «Warner Bross» onun zəhərlənməsi tarixini ekranlaşdırmaq hüququnu əldə edib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşını ehtimal ki, aktyor Conni Depp oynayacaq.

Başqa bir film isə Litvinenkonun və tarixçi Yuri Felştinskinin «Rusiyanı partladarkən» kitabının motivləri əsasında çəkiləcək. «Warner Brothers» və «Working Title Film» kinostudiyaları artıq həmin kitabla maraqlanırlar. Filmdə Litvinenkonun rolunu oynaya biləcək aktyorlar arasında Con Malkoviç və yaxınlarda Ceyms Bond olmuş Deniel Kreyqin adı da çəkilir.


«Columbia Pictures» kinostudiyası isə Litvinenkonun dul arvadı Marina və ailənin dostu Aleks Qoldfarbın yazdıqları kitabın ekranlaşdırılması hüququnu alır.


Günün bütün mövzuları

XS
SM
MD
LG