Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:05

«Barselona» uduzub


Həftəsonu dünyanın aparıcı futbol çempionatlarında növbəti turun oyunları keçirilib. İngiltərə primyer-liqasında 23-cü tur liderlərin qələbəsiylə əlamətdar olub. «Mançester Yunayted» evdə «Aston Villa»nı 3:1, «Çelsi» isə «Viqan»ı 4:0 hesabıyla məğlub edib. «Liverpul»la «Arsenal» səfər qələbələri qazanıb. Birincilər «Uotford»un qapısından 3, ikincilər isə «Blekbern»in qapısından 2 cavabsız top keçiriblər. Hazırda turnir cədvəlinə 57 xalla «Mançester Yunayted» başçılıq edir. «Çelsi» 51 xalla 2-ci, «Liverpul» 43 xalla 3-cü yerdə qərarlaşıb. «Arsenal»ın 42, «Bolton»un 40 xalı var.
İtaliya A seriyasında keçirilən 19-cu turun oyunlarında liderlərdən biri – «Roma» səfərdə «Messina» ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. «İnter» səfərdə «Torino»nu, «Milan» isə evdə «Recina»nı 3:1 hesabıyla məğlub edib. «Palermo» da növbəti qələbəyə sevinib. Bu dəfə evdə «Udineze» üzərində - 2:0. «İnter» 51 xalla 1-ci, «Roma» 42 xalla 2-ci, «Palermo» 38 xalla 3-cü yeri tutur.
İspaniya primerosunun 18-ci turunun mərkəzi oyununda «Saraqosa»nı qəbul edən «Real» 1:0 hesabıyla qələbə qazanıb. «Barselona» «Espanyol»la səfər oyununda məğlub olub -1:3. «Sevilya» isə evdə «Malyorka»ya 1:2 hesabıyla uduzub. Favoritlərdən biri «Valensiya»
«Levante» ilə ev oyununda qələbəni bayram edib – 3:0. «Sevilya» 37 xalla turnir cədvəlinin önündə qərarlaşıb. «Barselona» və «Real» 35 xalla 2-3-cü yerləri bölüşür. «Valensiya»nın 33, Madrid «Atletiko»sunun 32 xalı var.


XS
SM
MD
LG