Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

Səddamın iki tərəfdaşı səhər saatlarında edam olunub


Bu gün edam olunmuş Səddamın müttəfiqləri Barzan İbrahim və Avad-Hamed əl Bəndər

Bu gün edam olunmuş Səddamın müttəfiqləri Barzan İbrahim və Avad-Hamed əl Bəndər

Səddam Hüseynin iki tərəfdaşını bu gün səhər erkən saatlarında asıblar. Məlumatı «Assosşeyted Press» agentliyi yayıb. İraqın keçmiş kəşfiyyat rəhbəri, Səddam Hüseynin ögey qardaşı Barzan İbrahim, İraqın İnqilab Məhkəməsinin keçmiş sədri Avad-Hamed əl Bəndər də 1982-ci ildə 150 -ə qədər şiənin qətlə yetirdiyinə görə Səddamla birlikdə ittiham olunublar.


Səddamın tərəfdarlarını elə onun özü asılan yerdə-keçmiş kəşfiyyat idarəsinin binasında asıblar.


Beynəlxalq ictimaiyyətin bu edama qarşı bir sıra bəyanatlar vermişdi. BMT-nin baş katibi Ban-ki Moon, Avropa Birliyi, insan haqları təşkilatları da İraq hökumətini məhkəməni qərarını təxirə salmağa çağırmışdı.


XS
SM
MD
LG