Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:06

«Türkiyə ilə münasibətlər Ermənistan üçün həyati əhəmiyyət daşıyır»


Ermənilər sərhədlərin açılmasının Türkiyə üçün də sərfəli olduğunu bildirirlər

Ermənilər sərhədlərin açılmasının Türkiyə üçün də sərfəli olduğunu bildirirlər

«Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq Ermənistan üçün həyati əhəmiyyət daşıyır». Ermənistanın Xarici İşlər nazirinin müavini Arman Kirakosyan belə deyib. O, bildirib ki, yaxşı olar ki, Türkiyə regiondakı bütün ölkələrə ayrı-seçkilik salmasın, hamısı ilə eyni cür davransın və Ermənistanı regional proqramlardan kənarda qoymasın.


Türkiyə uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinə görə, Ermənistanla sərhədini bağlayıb. İki dövlət arasındakı münasibətlər Yerevanda müzakirə olunarkən belə fikir səslənib ki, sərhədin açılması Türkiyə üçün də sərfəlidir. Belə ki, bu addım Türkiyənin Orta Asiyadakı türkdilli dövlətlərə çıxışını asanlaşdıra bilər. Konfransda bildirilib ki, sərhədlər açılmasa da, ermənilər həm ticarət, həm da dincəlmək məqsədi ilə Türkiyəyə tez-tez gedirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG