Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:35
Yanvarın 13-ü axşam saatlarında www.susmayaq.biz saytının təsisçilərindən biri Bəxtiyar Hacıyev həbs olunub. Ertəsi gün – yanvarın 14-də isə o, Nərimanov rayon məhkəməsinin qərarı ilə 12 sutka həbs cəzasına məhkum edilib. Bəxtiyar Hacıyevin dostlarından olan Ramin Hacılı deyir ki, həbsin səbəbləri barədə onlara məlumat verilməyib.

Onun həbsi ilə bağlı nə Nərimanov rayon polis İdarəsindən, nə də məhkəmədən biz də məlumat ala bilmədik.


www.susmayaq.biz saytı Tarif Şurasının Azərbaycanda enerjidaşıyıcıların qiymətlərinin qaldırılması barədə yanvarın 8-də verdiyi qərara etiraz olaraq imzatoplama kampaniyasına başlamışdı. Amma bir gün sonar – yanvarın 9-da Hollandiyadan idarə olunan bu sayta Azərbaycandan giriş bağlandı.


Bəxtiyar Hacıyev bu kampaniyadan əvvəl də «Təhsildə Rüşvətə YOX deyək» hərəkatının təşkilatçısı kimi etiraz piketlərində həbs olunmuşdu. O, həm də AİESEC-in – İqtisadi və İdarəetmə Fakültələri Beynəlxalq Birliyinin Azərbaycan nümayəndəliyinin sədridir.


Günün bütün mövzuları

XS
SM
MD
LG