Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:58

Daha çox kartofun qiymətinin süni qaldırılması müşahidə olunur


Monitorinqin nə vaxt başa çatacağı isə hələ ki, məlum deyil Foto: AzərTAC
Monitorinqin nə vaxt başa çatacağı isə hələ ki, məlum deyil Foto: AzərTAC
İqtisadi İnkişaf Nazirliyi yanvarın 12-dən bazarların monitorinqinə başlayıb. Nazirlik daha çox kartofun qiymətinin süni qaldırıldığını bildirir. Amma Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev əlavə edir ki, təkcə kartofun yox, digər ərzaq məhsullarının da qiymətində artımlar var və qiymətləri süni şəkildə artıran satıcılar cəzalandırılacaq:

«Məhsulların qiymətinin artmasına yanacağın qiymətinin qalxması təsir göstərə bilər. Lakin bazarlarda qiymət artımı gözlənilməz sürətlə baş verib. Buna görə də qiymətlərin süni qaldırılmasının qarşısı alınacaq».


Abbas Əliyev yoxlamaların seçmə üsulla bütün rayonlarda aparılacağını deyir. Monitorinqin nə vaxt başa çatacağı isə hələ ki, məlum deyil.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG