Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:00

İran və Venesuela prezidentləri OPEK ölkələrini neft hasilatını azaltmağa çağırıblar


İran prezidenti Mahmud Əhmədinejad Vaşinqtona tənqidi yanaşan Latın Amerikası ölkələrinə səfərini davam etdirir.

İran prezidenti öz səfərinə yanvarın 13-də Venesuela prezidenti Uqo Çaveslə görüşlə başlayıb. O, Uqo Çavesi öz müttəfiqi adlandırıb. Çaves İranın nüvə ambisiyalarını müdafiə edir.


Uqo Çaves deyib ki, İran və Venesuela dünya bazarlarında neftin qiymətini sabit saxlamaq üçün hasilatın azaldılmasının tərəfdarıdır. İran və Venesuela neft istehsal edən ölkələri özündə birləşdirən OPEK təşkilatının üzvləridir.


Danışıqlar başa çatdıqdan sonra prezident Daniel Orteqa ilə görüşmək üçün Mahmud Əhmədinejad Nikaraquaya yola düşüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG