Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:48

Gəncədə qeyri-hökumət təşkilatları bahalaşmaya etiraz edirlər


Gəncədə fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı enerjidaşıyıcılar və bəzi xidmətlərin qiymətlərin qaldırılmasına etiraz olaraq yanvarın 26-da aksiya keçirəcəklər.

Bu barədə məlumat verən Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Gəncə şöbəsinin rəhbəri Akifə Əliyevanın fikrincə, qiymət artımı regionda yoxsulluğun səviyyəsini artıracaq və yeni miqrasiyalara səbəb olacaq. Akifə Əliyeva etiraz aksiyası ilə bağlı artıq Gəncə şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət etdiklərini bildirdi.


Gəncə QHT rəhbərləri həm də dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayaraq, Tarif Şurasının qiymətlərin artırılmasıyla bağlı son qərarını dayandırmağı xahiş ediblər.


XS
SM
MD
LG