Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:27

«Sərhədsiz reportyorlar» www.tinsohbeti.com və www.susmayaq.biz saytlarının qapadılmasını pisləyir


«Sərhədsiz reportyorlar» təşkilatı Azərbaycan hakimiyyətini yanvarın 9-da hökumətin iqtisadi siyasətini tənqid edən materiallara görə qapadılan www.tinsohbeti.com və www.susmayaq.biz saytlarının fəaliyyətini bərpa etməyə çağırıb.


«Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Aztelekom» dövlət şirkəti vasitəsilə demək olar ki, telefon rabitəsini inhisara alıb və ölkə provayderlərinin əksəriyyəti birbaşa ondan asılıdır. Bu səbəbdən hakimiyyətin bu və ya digər internet ünvana girişi bağlamaq göstərişi verməsi çox asandır» - deyə «Sərhədsiz reportyorlar»ın bəyanatında bildirilir.


XS
SM
MD
LG