Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:21

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Rafiq Tağı və Samir Sədaqətoğlunu dərhal azad etməyə çağırır


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi yazıçı-publisist Rafiq Tağının və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlunun (Hüseynovun) həbsdə saxlanma müddətinin iki ay uzadılmasından təəssüfləndiyini bildirib:

«Biz Azərbaycan hakimiyyətini mətbuat azadlığına hörmət etməyə və Rafiq Tağı və Samir Sədaqətoğlunu azad etməyə çağırırıq. Dini hisslərə hörmət jurnalistlərin həbsi hesabına həyata keçirilməməlidir», - deyə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon bildirib.


Rafiq Tağı və Samir Sədaqətoğlu Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2006-cı ilin 15 noyabrında həbs edilib. Onlar Cinayət Məcəlləsinin milli, dini və irqi ədavətin qızışdırılması maddəsi ilə günahkar bilinirlər. İki ay keçməsinə baxmayaraq istintaq başa çatmayıb.


Hər ikisinin həbsinə Rafiq Tağının «Sənət» qəzetinin ötən ilin noyabr sayında çıxan «Avropa və biz» adlı məqaləsi səbəb olub. Bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr söylənib və xristian dəyərlərinin İslam dəyərlərindən üstün olduğu ifadə edilib.


XS
SM
MD
LG