Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:45

Çörəyin qiymətini qaldıranlar cəzalandırılacaq


Monitorinqlərin ölkə başçısı məzumiyyətdən qayıdanadək başa çatdırılması nəzərdə tutulub

Monitorinqlərin ölkə başçısı məzumiyyətdən qayıdanadək başa çatdırılması nəzərdə tutulub

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Nazirlər Kabinetinin nümayəndələri ilə birlikdə Bakıdakı çörək sexləri və mağazalarda monitorinqlərə başlayıblar.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev «Azadlıq» radiosuna bildirib ki, taxıl istehsalı köhnə qiymətlə aparıldığından, yanacağın qiymətinin bahalaşdırılması çörəyin maya dəyərinə təsir etmir. Buna görə də un və un məmulatlarının qiyməti süni artırılıb:


«Ölkə əhalisinin taxıla tələbatı 1 milyon 500 min tondur. Bunun 1 milyon 300 min tonu yerli istehsalın payına düşür. Azərbaycana Qazaxıstandan taxıl gətirilir və hələ ki, yerli sexlər ötən ilin sonunda gətirilən taxıldan istifadə edir. Çörəyin qiymətini bazar tənzimləsə də, qiymət artımının baş verməsi üçün səbəblər olmalıdır».


Sabir Vəliyev deyir ki, monitorinqlərin ölkə başçısı məzumiyyətdən qayıdanadək başa çatdırılması nəzərdə tutulub. Monitorinqin nəticəsi Nazirlər Kabinetinə təqdim olunacaq və çörəyin qiymətini süni artıranlar cəzalandırılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG