Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

Yanvarın 15-də tələbələrin iddiası üzrə qətnamə çıxarılacaq


Binəqədi Rayon Məhkəməsi yanvarın 15-də təhsil hüquqlarının bərpasını və onlara dəyən maddi-mənəvi ziyanın ödənməsini tələb edən keçmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələrinin iddiası əsasında qətnamə çıxaracaq. Yanvarın 12-də Binəqədi Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində hakim Əhməd Sarıyev belə deyib.


Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv edəndən sonra birinci, üçüncü və dördüncü kurs tələbələri başqa ali məktəblərə köçürülüblər. Sözügedən ali məktəbə testdənkənar qəbul olunduğu bildirilən ikinci kurs tələbələrinin işinə isə məhkəmədə baxılır.


Tələbələr 2006-cı ilin iyun-iyul və noyabr-dekabr aylarında təhsil hüquqlarının bərpası tələbilə fasilələrlə aclıq aksiyaları keçiriblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG