Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:57

«Azadlıq» bloku aksiyasını yanvarın 26-na planlaşdırıb


Aksiyanın dəqiq marşrutu yanvarın 13-də müəyyənləşəcək

Aksiyanın dəqiq marşrutu yanvarın 13-də müəyyənləşəcək

«Azadlıq» bloku qiymətlərin qaldırılmasına etiraz olaraq yanvarın 26-da Bakı şəhərinin mərkəzində bir neçə yerdə kütləvi aksiyalar keçirmək barədə qərar qəbul edib. Aksiyalara hazırlıqla bağlı bloka daxil olan partiyaların müvafiq strukturlarına göstəriş verilib. AXCP-nin mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə qərar «Azadlıq» bloku Sədrlər Şurasının bu gün keçirilən iclasında qəbul edilib.


İclasda həmçinin qərara alınıb ki, ölkə vətəndaşları Azərbaycan hakimiyyətinin qiymətləri qaldırmaq haqqında qərarına etiraz olaraq müxtəlif yerlərdə qanunun imkanlarından istifadə etməklə aksiyalar keçirsin. AXCP mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlunun dediyinə görə, yanvarın 13-də «Azadlıq» blokunun təmsilçiləri kütləvi aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət edəcəklər. Aksiyanın dəqiq marşrutu da həmin gün müəyyənləşəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG