Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsi ilə bağlı nazirlərin görüşü başladı


Üç ölkədən keçəcək dəmir yolu layihəsi 422 milyon dollar dəyərində qiymətləndirilir
Üç ölkədən keçəcək dəmir yolu layihəsi 422 milyon dollar dəyərində qiymətləndirilir

Bu gün Tbilisidə Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsi ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat nazirlərinin görüşü başlayıb. Gürcüstan Nəqliyyat Nazirliyindən «Trend»ə bildiriblər ki, hər üç nazir müzakirələri bağlı qapılar arxasında keçirəcək. Danışıqların nəticələri ilə bağlı jurnalistlər üçün açıqlama şənbə günü veriləcək. Görüşün sonunda layihənin reallaşması üçün Azərbaycan və Türkiyə tərəfindən Gürcüstana kredit ayrılması barədə bir sıra üçtərəfli sənədlərin imzalanması gözlənilir.


Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsi ilə bağlı ötən ilin oktyabrın 13-də üçtərəfli işçi qrupun Bakıda iclası keçirilib. Layihə 422 milyon dollar dəyərində qiymətləndirilir, yaxın infrastrukturlar nəzərə alınmaqla bu rəqəmin 600 milyon dollar olması güman edilir. ABŞ şirkətlərinin layihənin maliyyələşdirilməsində iştirakı qadağan edilib. Qars-Axalkalaki-Bakı dəmir yolunun tikintisi üzrə bəyannamə 2005-ci ilin mayında hər üç ölkənin prezidentləri tərəfindən imzalanıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG