Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:42

Buş İraqa dair yeni planının tez bir zamanda nəticə verməyəcəyini deyib


Buş bildirib ki, onun strategiyasının nəticə verməsi üçün vaxt lazımdır

Buş bildirib ki, onun strategiyasının nəticə verməsi üçün vaxt lazımdır

ABŞ prezidenti Corc Buşun İraqla bağlı yeni strategiyası təkcə demokratlar tərəfindən deyil, öz partiyasında da tənqidlə qarşılanıb. Respublikaçıların prezidentliyə potensial namizədi senator Çak Heygl deyib ki, yeni plan Amerika üçün təhlükəlidir: «Prezidentin çıxışı göstərdi ki, bu, Vyetnam müharibəsindən bəri Amerikanın xarici siyasətindəki ən təhlükəli kobud səhvdir».


Senatdakı demokrat çoxluğunun lideri Harri Reid isə deyib ki, çox güman ki, səsvermədə hər iki partiya Buşun planına qarşı çıxacaq. Corc Buş İraqa 20 min əlavə əsgər göndərməyi və bu ölkənin iqtisadi inkişafı üçün 10 milyard dollar vəsait ayırmağı təklif edir.


İraq hökuməti isə Buşun yeni planını dəstəkləyib. Amerikanın müttəfiqləri olan Britaniya və Avstraliya da planı alqışlayıblar, amma, İraqdakı əsgərlərini artırmayacaqlarının bildiriblər. Avropa Birliyi isə bəyan edib ki, siyasi sahədəki inkişaf gərək təhlükəsizlik tədbirləri ilə müşayiət olunsun.


İran isə Buşun planını tənqid edib. İran rəsmiləri planın bölgədə qeyri-sabit vəziyyət yaradacağının bildiriblər.


Buşun özü isə Corcinya ştatında İraqa göndəriləcək əsgərlər qarşısında çıxışında deyib ki, onun yeni strategiyası tez bir zamanda nəticə verməyəcək, bunun üçün müəyyən vaxt lazımdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG