Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:53

Qiymət artımından sonra rüşvət və korrupsiyanın səviyyəsi nə qədər artacaq?


Neft məhsullarının, enerjidaşıyıcılarının, suyun və qazın qiyməti qaldırıldı, 8 yanvar 2007
Neft məhsullarının, enerjidaşıyıcılarının, suyun və qazın qiyməti qaldırıldı, 8 yanvar 2007
Tarif Şurasının qərarıyla neft məhsullarının, enerjidaşıyıcıların, suyun və qazın qiyməti qaldırıldı. Rəsmi hesablamalara görə, neft məhsullarının qiymət artımından dövlət büdcəsinə 200 milyon manatdan çox əlavə vəsait daxil olacaq. Neft məhsullarından fərqli olaraq enerjidaşıyıcılardan büdcəyə nə qədər vəsaitin daxil olacağı ilə bağlı mütəxəssislər hələ ki, hər hansı rəqəm söyləmirlər. Sadəcə göstərilir ki, enerji istehsalında əsas xərc tutumuna malik mazutun və təbii qazın qiymətlərinin davamlı artımı elektrik enerjisinin maya dəyərinin kəskin şəkildə yüksəlməsinə gətirib çıxarıb. Bu ilin yayında prezidentin qışa hazırlıqla bağlı keçirdiyi müşavirədən sonra qazpulunun yığılmasıyla bağlı ciddi kampaniya aparıldı. Hətta normal pul yığılmadığını əsas gətirən «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti 34 rayona verilən qazı tamamilə dayandırdı. Qaz idarələri əhalinin qazpulu vermədiyini desə də, rayonlarda keçirdiyi müşavirələrdə Baş nazirin müavini Yaqub Eyyubov bildirdi ki, əslində, bütün vətəndaşlar enerji pulunu lazımınca ödəyir. Amma həmin pulların çox hissəsini elə bu sahəyə cavabdehlik edən məmurlar mənimsəyirlər. Hökumətin təkcə neft məhsullarının qiymət artımından gözlədiyi 200 milyon manat artıq vəsait və bundan başqa enerji və su pulu tam olaraq büdcəyə lazımınca çatacaqmı? Bundan başqa, qiymət artımından sonra rüşvətin və korrupsiyanın səviyyəsi nə qədər artacaq? Ümumiyyətlə, proqnozlaşdırılan gəlirdə korrupsiyanın payı nə qədər ola bilər? «Şəffaflıq»ın qonaqları Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünası Nəzirməmməd Qaramanlıdır.
XS
SM
MD
LG