Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:08

«STAR» taksi şirkətinin sürücüləri xəbərdarlıq tətili keçiriblər


«STAR» taksi şirkətinin sürücüləri yanvarın 11-də Bakıda şirkətin binasının qarşısında rəhbərliyin qiymətləri artırmasına etiraz olaraq xəbərdarlıq tətili keçiriblər.

Sürücülər planın qaldırılmaması, əmək müqaviləsinin bağlanması, nəqliyyat vasitələrinin sığortalanması, təmir üçün ehtiyat hissələrinin pulsuz və ya ucuz verilməsi, tibbi müayinə qiymətinin aşağı salınması və başqa tələblərlə çıxış ediblər.


Şirkət rəhbərliyi isə tətilin qarşısını almaq üçün polis çağırıb. Lakin polis buna nail ola bilməyib.


Bunu görən şirkət rəhbərliyi gündəlik planın qaldırılmamasıyla bağlı tələbi müsbət həll edib.


Sürücülər isə tətili müvəqqəti dayandırıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG