Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:50

«Amnesty International» Azərbaycanda jurnalistlərə qarşı cinayətlərin cəzasız qalmasından narahatdır


«Amnesty International» Bakıdan bütün bu cinayətlərin açılmasını tələb edir
«Amnesty International» Bakıdan bütün bu cinayətlərin açılmasını tələb edir
Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda jurnalistlərin oğurlanması və hücumlara məruz qalması faktlarına cəlbetmə kampaniyasına başlayıb. «Turan» İnformasiya Agentliyinin yaydığı məlumata görə, təşkilatın press-relizində Azərbaycanda jurnalistlərə qarşı cinayət törədənlərin cəzasız qalmasından narahatlıq ifadə edilir və bunun artıq uzun müddət davam etdiyi qeyd edilir.

Misal olaraq «Azadlıq» qəzetinin müxbiri Nicat Hüseynovun, Milli İstiqlal Partiyasının mətbuat katibi Əli Orucovun küçədə hücuma məruz qalmaları göstərilir.


Təşkilat həmçinin «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlinin, «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynlinin, «Bizim Yol» qəzetinin redaktoru Bahəddin Həziyevin oğurlanmasının və döyülməsinin üstünün açılmamasını xatırladır: «Qeyd edilən şəxslərin hamısı müxalif siyasi baxışlara malikdir və hakimiyyətin siyasətini tənqid edirlər. Bu cinayətlərin günahkarlarının aşkar edilməməsi və istintaqının iflasa uğraması Azərbaycan hakimiyyətinin söz azadlığının təmin edilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iqtidarında olmadığını göstərir, cəzasızlıq və özünü sensura atmosferinə səbəb olur».


«Amnesty International» Bakıdan bütün bu cinayətlərin açılması və günahkarların məsuliyyətə cəlb olunması üçün təxirəsalınmaz və zəruri tədbirlər görməyi tələb edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG