Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:08

Meymun realiti-şousu


Avstraliyada meymunların necə yaşadıqları insanlar üzərində sınaqdan keçiriləcək

Avstraliyada meymunların necə yaşadıqları insanlar üzərində sınaqdan keçiriləcək

Avstraliya zooparkının əməkdaşları meymunların saxlanma şəraitinin yaxşılaşdırılması üçün yeni layihə həyata keçirməyi planlaşdırırlar. Belə ki, meymunların necə yaşadıqları insanlar üzərində sınaqdan keçiriləcək.


Bir aydan çox müddətə insanlar Adelaida zooparkındakı oranqutanqlar üçün nəzərdə tutulan qəfəsə salınacaq, yüksək temperaturda yaşayacaq və yalnız bananla qidalanacaqlar. Bundan sonra onları fizioloqlar müayinə edəcəklər. Fizioloqlar əldə olunan nəticələri meymunların saxlanma şəraitinin yaxşılaşdırılması üçün istifadəyə etməyi düşünürlər.


Gələnlər realiti-şou üslubunda öz sevimli meymunlarına SMS vasitəsilə səs verə də bilərlər. Eksperimenti aparan doktor Karla Litçfield yeni «meymunlar» üçün sərt qaydalar qoyub: isti hava şəraitinə baxmayaraq soyunmaq və ya kobud rəftar etmək qadağandır. Zooparkın baytarları pis rəftar zamanı «meymunlar»a qarşı mizraq-dəyənəklərdən istifadəni istisna etmirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG