Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:38

Buşun yeni İraq planı nə vəd edir?


ABŞ hərbçiləri hesab edir ki, onların sayı artdıqca İraq qoşunları onlardan qalxan kimi istifadə edəcək

ABŞ hərbçiləri hesab edir ki, onların sayı artdıqca İraq qoşunları onlardan qalxan kimi istifadə edəcək

Amerika prezidenti Corc Buş öz yeni İraq strategiyasını elan edəndən dərhal sonra «Röyters» agentliyinin Bağdadda sorğu keçirib. Sorğuda iştirak edənlər məsələyə fərqli yanaşıblar. «Ümid edirəm ki, bu plan yaxşı da reallaşdırılacaq, təhlükəsizlik həyatın norması olacaq», «Məncə, Amerika qoşunlarının sayını artırmaqdansa, İraq qoşunlarının sayını artırmaq lazımdır, çünki onlar bu ölkənin övladlarıdır», «Yeni strategiya o deməkdir ki, qərar qəbul edən tərəflərdən biri də İraq hökuməti olacaq. İraq hökuməti amerikalılardan göstəriş almamalıdır» - bu fikirləri rəyi öyrənilən Bağdad sakinləri deyirlər.


Bəs Buşun yeni İraq strategiyasının mahiyyətində nə dayanır? Hərbi sahədə Buş elan edib ki, Bağdada əlavə 17 min 500 əsgər göndərəcək. Bununla da Bağdaddakı Amerika qoşunlarının sayını 2 dəfə artıracaq. Yeni qoşunlar İraq qüvvələrinə kömək üçün nəzərdə tutulub. Onların paytaxtın həm sünni, həm də şiə məhəllələrində reydlər etmək səlahiyyəti olacaq.

Hərbi sahədə Buş elan edib ki, Bağdada əlavə 17 min 500 əsgər göndərəcək. Bununla da Bağdaddakı Amerika qoşunlarının sayını 2 dəfə artıracaq. İraqın iqtisadi cəhətdən yenidənqurulması layihələrinə isə 10 milyard dollar ayrılacaq
Bundan əlavə 4 min Amerika əsgəri də Ənbər əyalətinə göndəriləcək, Buş bu əyaləti «Əl Qaydanın bazası» adlandırıb.


Hərbi strategiya ilə yanaşı Buş elan edib ki, İraqın iqtisadi cəhətdən yenidənqurulması layihələrinə 10 milyard dollar ayrılacaq. Siyasi strategiya və diplomatiya sahəsinə gəldikdə isə İraqdakı ekstremistlərə İranın və Suriyanın yardım göstərilməsinin qarşısı alınacaq.


Yeni planda İraq hökumətinin səlahiyyətlərinin artırılması təklif olunur və bildirilir ki, İraq hökuməti milli neft qanununun qəbulunu yekunlaşdırmalı, yerli seçkilərin vaxtını müəyyən etməlidir. Ancaq, «Vaşinqton Post» yazır ki, İraq hökuməti bunu edə bilməsə, onda nə olacaq? - Buş bunu deməyib.


Buşun siyasi rəqibləri olan Demokrat partiyası keçən cümə günü prezidentə məktub göndərib xəbərdarlıq etmişdi ki, İraqda vəziyyəti gərginləşdirən heç bir addımı müdafiə etməyəcəklər. Onların dediyindən fərqli bu planda nə var? Demokratlar həmin məktubda təklif edirdilər ki, Amerika yaxın 4-6 aya yavaş-yavaş öz qoşunlarını İraqdan çıxarmağa başlamalıdır.


«Nyu-York Times» yazır ki, qoşunların çıxarılmasını İraqdakı keçmiş Amerika komandanları da təklif edirdi. Keçən il belə planı general Corc Keysi irəli sürmüşdü, keçən ay İraqda olmuş general Piter Çiarelli isə deyirdi ki, Amerika qoşunları çox olduqca İraq qoşunları onlardan qalxan kimi istifadə edəcək.


Ancaq, bütün bunlara baxmayaraq Buş əksinə qoşunları sayını artırdı. İqtisadi sahədə Konqresin İraq Tədqiqat qrupu təklif edirdi ki, İraqa 5 milyard dollar yardım olunsun, Buşun planına görə isə, 10 milyard ayrılması nəzərdə tutulur.


İraq hökumətinin səlahiyyətinin artırılmasına gələndə, alternativ fikri Senatın xarici əlaqələr komitəsinin yeni demokrat sədri Cozef Baydn deyir ki, İraq sünni, şiə və kürd regionlarına bölünsün, mərkəzi hökumətin də onlara təsiri məhdud olsun.


Günün bütün mövzuları

XS
SM
MD
LG