Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:10

Xanlarda sürücülər qiymətin artırılması tələbilə aksiya keçiriblər


Yanvarın 11-də Gəncədən Xanlar rayonuna sərnişindaşıyan mikroavtobusların sürücüləri etiraz aksiyası keçiriblər. Sürücülər yanacağın bahalaşmasından sonra sərnişindaşıma xidmətinin eyni məbləğdə qalmasına və planın iki qat artırılmasına etiraz ediblər. Onların sözlərinə görə, Xanlara bir sərnişini 10 qəpiyə aparmaq yol məsrəflərini ödəmir. Sürücülər Gəncə-Xanlar istiqamətində də sərnişindaşıma xidmətlərinin qaldırılmasını istəyirlər.


Sürücülərin tələbini haqlı sayan Gəncə Avtovağzal Səhmdar Cəmiyyətinin sədri Namiq Həsənov isə bununla bağlı şəhər Nəqliyyat Departamentinə və Tarif Şurasına müraciət etdiklərini bildirib.


XS
SM
MD
LG