Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:48

Ekspertlər yeni manatın da dəyərsizləşə biləcəyindən ehtiyatlanırlar


«Fevral ayına kimi inflyasiyanın hansı səviyyədə olacağını demək mümkün deyil»

«Fevral ayına kimi inflyasiyanın hansı səviyyədə olacağını demək mümkün deyil»

2006-cı ilin əvvəlindən dövriyyəyə buraxılan yeni Azərbaycan manatı - 2007-ci ilin ilk günündən ölkədə yeganə ödəniş vasitəsidir. Amma ekspertlər arasında yeni manatın da dəyərsizləşə biləcəyindən ehtiyat edənlər çoxalır. İqtisadçı ekspert Qubad İbadoğlu artıq inflyasiyanın 1 və 3 qəpikləri «yediyini» deyir: «Bu ilin sonunda hətta mümkündür ki, 5 qəpik də dövriyyədən çıxsın. Bu, artıq inflyasiyanı hökumətin nə dərəcədə idarəolunan səviyyədə saxlamasından asılıdır. Əgər idarəolunan səviyyədən çıxa bilərsə, bu zaman Azərbaycanda 1, 3, 5, hətta bütövlükdə götürüldükdə, digər qəpiklər də dövriyyədən çıxa bilər və Azərbaycan manatı çox ciddi şəkildə dəyərsizləşə bilər».

Bakı küçələrində söhbətləşdiyim adamlar da artıq yeni Azərbaycan qəpiklərinin bəzilərinin istifadə olunmadığını dedilər:


Bəzi ekspertlərsə, artıq Tarif Şurasının qərarından sonra ölkədəki inflyasiyanın 20 faiz təşkil edəcəyini, yəni mal və xidmətlərin qiymətinin əvvəlkindən 20 faiz baha olacağını ehtimal edirlər.
- Şəxsən mən istifadə etmirəm. Çünki aldığım malların dəyəri «krupnıy» olur. On qəpikdən aşağı olanlar elə bil nə isə işləmir.


- 1, 3 qəpiklərdən yox, 5 qəpikdən istifadə edirik.


- Ən çox 20 qəpikdən istifadə edirik.


- Nəyin qiyməti var ki, 1 qəpik olsun, 3 qəpik olsun. 5 qəpik əvvəllər belə idi ki, yol pulunun üstündə gedirdi. İndi qiymətlər artıb, heç o da yoxdur.


Azərbaycan Milli Bankı ilin əvvəlində - 2007-ci il üçün mümkün inflyasiya həddini proqnoz vermişdi, o da 11,4 faiz həcmində idi. Dünya Bankı isə inflyasiya proqnozunu 17 faiz göstərir. Üstəlik, bir-biri ilə ziddiyyət təşkil edən bu proqnozların heç birində Tarif Şurasının qiymət artımı barədə qərarı nəzərə alınmayıb. Bu da o deməkdir ki, ölkədə 2007-ci ildə inflyasiyanın həddi proqnozlaşdırılandan da yüksək ola bilər.


Milli Bankın Pul Siyasəti Departamentinin direktoru Xaqani Abdullayev deyir ki, fevral ayına kimi inflyasiyanın hansı səviyyədə olacağını demək mümkün deyil: «İndi yanvar ayının rəsmi göstəriciləri yoxdur. Yanvar ayı bitəndən və Statistika Komitəsindən rəsmi məlumatları alandan sonra biz nə isə ehtimal edib fikir yürüdə bilərik».


Dünya Bankının mətbuat şöbəsindən Zaur Rzayevsə hesab edir ki, verdikləri proqnoz qiymət artımına baxmayaraq, bəlkə də dəyişmədi: «Bizim iqtisadçı belə hesab edir ki, bu 17 faizlik qiymət artımı bir o qədər də dəyişikliyə məruz qalmayacaq».


Günün bütün mövzuları

XS
SM
MD
LG