Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:26

Çinli qadınlar gec ailə qurmağa üstünlük verir


Çinli qadınların gəlirləri və karyera imkanları artdıqca, onlar daha gec ailə qururlar. Çinin Gənclər və Uşaqlar Araşdırma Mərkəzinin yeni hesabatına görə, indi çinli qadınlar 24 yaşında ərə gedirlər, 1990-cı ildə 22 yaşında ailə qururdular. Hesabata görə, ölkədəki iqtisadi islahatlar və sürətli inkişaf qadınlara daha çox imkanlar təklif edir. Qadınların gec ailə qurmasının daha bir səbəbi də Çində nikahdan əvvəl cinsi əlaqənin geniş yayılmasıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG