Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:34

BQXK növbəti dəfə əsir əsgərə baş çəkib


Yanvarın 10-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları Ermənistanda saxlanılan azərbaycanlı əsir Samir Məmmədova beşinci dəfə baş çəkiblər. Ona ailəsinin məktubu çatdırılıb. BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Gülnaz Quliyevanın sözlərinə görə, qurumun Dağlıq Qarabağdakı ofisinin əməkdaşları iki gün öncə burada saxlanılan azərbaycanlı əsir Eldəniz Nuriyevə baş çəkib. Dünən komitənin əməkdaşların onun ilk məktubunu ailəsinə çatdırıblar.
Azərbaycan Silahlı Qüvvələrinin dekabrın 25-də əsir düşmüş əsgəri Samir Məmmədov Ermənistanda, dekabrın 31-də əsir düşmüş əsgəri Eldəniz Nuriyevsə Dağlıq Qarabağda saxlanır. Azərbaycan Müdafiə Nazirliyi hər iki əsgərin azaraq cəbhənin erməni tərəfinə keçdiyini bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG