Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36

Rafiq Tağı və Samir Sədaqətoğlunun həbsdə saxlanılma müddətləri iki ay uzadılıb


Yazıçı-publisist Rafiq Tağının və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlunun (Hüseynovun) həbsdə saxlanılma müddətləri iki ay uzadılıb. Bu barədə yanvarın 11-də Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb.


Rafiq Tağı və Samir Sədaqətoğlu həmin məhkəmənin qərarı ilə 2006-cı ilin 15 noyabrında həbs edilib. Onlar Cinayət Məcəlləsinin milli, dini və irqi ədavətin qızışdırılması maddəsilə günahkar bilinirlər.

Hər ikisinin həbsinə Rafiq Tağının «Sənət» qəzetinin ötən ilin noyabr sayında çıxan «Avropa və biz» adlı məqaləsi səbəb olub. Bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr söylənib və xristian dəyərlərinin islam dəyərlərindən üstün olduğu ifadə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG